RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

WAIPA-nın üzv qurumlarla görüşü keçirilib

İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzv qurumlarla görüşü keçirilib.

Tədbirdə investisiyaların cəlb edilməsi, növbəti il üçün nəzərdə tutulan planlar, WAİPA çərçivəsində nəzərdə tutulan tədbirlər və s. məsələlər müzakirələr aparılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev AZPROMO-nun fəaliyyəti barədə çıxış edib, AZPROMO ilə WAIPA arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) 1995-ci ildə təsis olunub. AZPROMO 2010-cu ildən WAIPA-nın üzvdür və hazırda Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.