“Caspian Energy Club”ın təşkilatçılığı ilə enerji, neft-qaz, tikinti, İKT, qida sənayesi, bank, logistika, təhsil, sığorta, biznes idarəçiliyi sahəsində fəaliyyət göstərən 60-dan çox şirkət nümayəndəsinin iştirakı ilə ənənəvi onlayn B2G Forum keçirilib.
Forumda “Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyev AZPROMO ilə qurulan sıx əməkdaşlıqdan danışıb və Caspian Energy Club-a üzv olan şirkətlərin əksəriyyətinin ixracyönümlü olduğunu vurğulayıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliğı, investisiyaların təşviqi, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib, sualları cavablandırıb.
Tədbir çərçivəsində sahibkarlarla əməkdaşlığın inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb.