RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da onlayn görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Zoreana Mutac ilə görüşüb.

Onlayn formatda keçirilmiş görüşdə Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Xanım Zoreana Mutac ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edərək, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsi, tədbirlərin təşkili, həmçinin AZPROMO və Moldovanın müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində müzakirələr aparılıb.