RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Özbəkistanın Azərbaycandakı səfiri AZPROMO-da olub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Səfir Bahrom Aşrafxanov ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edərək, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması barədə fikir mübadiləsi aparılıb.