RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Sino-Foreign” şirkəti ilə onlayn görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çinin “Sino-Foreign” şirkəti arasında onlayn formatda işgüzar görüş keçirilib.

Azərbaycanın Çindəki Ticarət Nümayəndəsi Teymur Nadiroğlu biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, keçirilən görüşlər və aparılan danışıqların iki qurum arasında əlaqələrin genişlənməsindəki rolunu vurğulayıb.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev "Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

“Sino-Foreign” şirkətinin direktoru Wan Weiwei təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.

İşgüzar görüşdə AZPROMO ilə “Sino-Foreign” şirkəti arasında əlaqələrin genişləndirilməsi və Azərbaycan məhsullarının Çinə ixracı məsələləri müzakirə olunub.