RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da Argentina səfiri ilə görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ilə görüş keçirilib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təşviqi və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Argentina ilə qarşılıqlı ixrac və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb.