
2025-ci ilədək Azərbaycanın qeyri-neft ixraxını iki dəfə artırmaq planlaşdırılır.
Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxrcın Təşviqi Departamentinin direktoru Tural Hacılı deyib.
Onun sözlərinə görə, ölkədə "Milli ixrac strategiyası" hazırlanıb və bu sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir: "Bu strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2025-ci ilədək ötən illə müqayisədə iki dəfə artırmaq və 3,7 milyard dollaradək artırmaq planlaşdırılır".