RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-nun yeni saytı istifadəyə verilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi internet səhifəsi www.azpromo.az yenilənmiş dizaynda istifadəyə verilib.

Saytın yenilənməsində əsas məqsəd Azərbaycanda yaradılmış biznes və investisiya mühiti, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyi, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması və təşviqi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi tədbirləri və s. barədə məlumatların ictimaiyyətə çatdırılması, iqtisadi xəbərlərin, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin daha geniş və operativ yayılmasıdır.

Sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.

Bundan başqa, məlumatların ötürülməsinin təşkili və təkmilləşdirilməsi, zamanından və coğrafiyasından asılı olmayaraq xəbərlərin ictimaiyyətə çatdırılmasını sürətləndirmək məqsədilə AZPROMO-nun rəsmi səhifəsi ilə yanaşı, mobil tətbiqi də istifadəyə veriləcəkdir.

Mobil tətbiq istifadəçilərə informasiya, hüquqi, təşkilati, marketinq dəstəyi ilə yanaşı, İxracatçılar Klubuna üzv olmaq üçün qeydiyyat bölməsindən yararlanmaq imkanı yaradır. Mobil tətbiq vasitəsilə keçirilən tədbirlərə qeydiyyatın aparılması da mümkün olacaqdır.

İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatları ilə tərtib olunan mobil tətbiqi həm "Android", həm "IOS" əməliyyat sistemlərindən yükləmək mümkün olacaqdır.

AZPROMO rəsmi səhifəsi və mobil tətbiqinin daha da təkmilləşdirilməsi istiqamətində işləri davamlı olaraq aparılacaqdır.