RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"Heimtextil-2021"

İxracatçıların nəzərinə!

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2021-ci ilin 14-16 sentyabr tarixində keçiriləcək "Heimtekstil 2021" beynəlxalq ev tekstili, interyer parçaları və dekor materialları sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir. 

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Tekstil sənayesi

 

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

14

Toxuma (hörgü) məmulatlarının hazırlanması üçün bitki mənşəli materiallar; başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan digər bitki mənşəli məhsullar

52

Pambıq

5205

Tərkibində 85 kütlə %-i və ya daha çox pambıq lifi olan, pərakəndə satış üçün qablaşdırılmamış pambıq ipliyi (tikiş saplarından başqa)

54

Kimyəvi saplar, kimyəvi toxuculuq materiallarından olan yastı və analoji saplar

55

Kimyəvi liflər

57

Xalçalar və digər toxunma döşəmə örtükləri

5702

Toxunma xalçalar və digər tekstil döşəmə örtükləri, taftinqsiz və ya flokirlənməyən, hazır və ya hazır olmayan, "kilim", "sumax", "kermani" və analoji əl xalçaları daxil olmaqla

58

Xüsusi parçalar; taftinqli (baftalı) toxuculuq materialları; krujevalar; qobelenlər; bəzək materialları; tikmələr

60

Maşınla və əllə toxunmuş trikotaj parçalar (liflər və iplər, toxunan və trikotaj parçalar)

61

Maşın və ya əllə toxunmuş trikotaj geyim əşyaları və geyim ləvazimatları

62

Paltar və geyim ləvazimatları, maşınla və ya əllə toxunmuş trikotajdan başqa

6208

Hamam paltarları və geyimləri

63

Digər hazır toxuculuq məmulatları; dəstlər; işlənmiş geyimlər və toxuculuq məmulatları

6302

Yataq, stol, tualet və mətbəx ağları

9404

döşək əsasları; yataq ləvazimatları və analoji mebel məmulatları (məsələn, döşəklər, sırıqlı adyallar, sırıqlı pərqu ədyallar, divan yastıqları, yumşaq kətillər və yastıqlar)

 


Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).


Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 6 avqust 2021-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

 

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:


Ərizə;
dəstək tədbirində iştirakla bağlı Şərtlər;
sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;     

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla):

 

Sənədlər aşağıdakı ünvan üzrə 28 iyul 2021-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

 

Əlavə məlumat üçün:

 

Aybəniz Məmişova
AZPROMO –Marketinq üzrə meneceri
Tel: +99412 5980147/48 (daxili 3620)
E-mail: aybeniz.memishova@azpromo.az

E-mail: destek@azpromo.az