RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Çexiya biznes forumu keçirilib

Sentyabrın 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye kənd təsərrüfatı, turizm, tekstil və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazir müavini Azərbaycan-Çexiya əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.  Bildirilib ki, Azərbaycanda 20-dən çox Çexiya kapitallı şirkət fəaliyyət göstərir. Bununla belə, maşınqayırma və qida sənayesi, kənd təsərrüfatı, enerji, kimya, əczaçılıq, nəqliyyat-tranzit, turizm, informasiya texnologiyaları, ekologiya, və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Niyazi Səfərov Çexiyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Çexiyanın xarici işlər naziri Yakub Kulhanek Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Yakub Kulhanek ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib, sahibkarların iştirakı ilə keçirilən bu cür tədbirlərin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.

AZPROMO-nun rəhbəri Yusif Abullayev xarici investisiyaların təşviqi məqsədilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb, Azərbaycan və Çexiya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın xarici iş adamlarına və investorlara ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib