RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

130-cu Kanton Sərgisinin açılışı olub

Oktyabrın 14-də Çin Xalq Respublikasının Quançjou şəhərində 130-cu Çin İdxal və İxrac sərgisinin (Kanton Sərgisi) videokonfrans formatında açılışı olub.

Açılış mərasimində Çin, Rusiya, Kot-d'İvuar, Macarıstan və Malaziyanın baş nazirləri çıxış edib.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev də iştirak edib.

Həm onlayn, həm də ənənəvi formatda keçirilən sərgidə 16 məhsul kateqoriyası üzrə 51 sərgi bölümü, həmçinin Çinin müxtəlif kənd təsərüffatı məhsullarının nümayiş olunduğu “Kənd Dirçəliş Bölgəsi” yerləşir.