Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO Azərbaycana birbaşa xarici investisiyaların cəlbi prosesində səylərini birləşdirilirlər.
2026-cı ilədək qeyri-neft ixracının həcmini iki dəfə artırmağı hədəfləyən AZPROMO tərəfindən hazırlanmış beşillik Milli İxrac Strategiyasının köməyi ilə qeyri-neft sektoruna investorların cəlb edilməsi və Avropa dəyər zəncirinə inteqrasiyanın sürətləndirilməsi ölkənin iqtisadi potensialının daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
AYİB və AZPROMO tərəfindən Aİ-nin maliyyə dəstəyi ilə kənd təsərrüfatı və balıqçılıq kimi sektorlarda beşə qədər prioritet layihə üçün investisiya təklif zərfləri və strategiyaları hazırlanır. Növbəti mərhələdə Avropa bazarlarına üstünlük verilməklə investorlar müəyyən ediləcəkdir.
Bu təşəbbüs hədəf bazarların və investorların təhlilini, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi məqsədi ilə prioritet Avropa bazarlarında effektiv tanıtım və təşviq tədbirlərinin, həmçinin “road show” keçirilməsi üçün AZPROMO əməkdaşlarına təlimlərin keçirilməsini əhatə edir.
Bu, Aİ-AYİB İnvestisiya Mühitinin Fəaliyyət Planı layihəsi çərçivəsində Aİ tərəfindən dəstəklənən Şərq Tərəfdaşlığı ölkələrində investisiya təşviqi agentliklərinin potensialının təkmilləşdirilməsi üzrə geniş səylərin bir hissəsi kimi AYİB-in AZPROMO ilə ilk texniki yardım əməkdaşlığıdır. Layihə Şərq Tərəfdaşlığının Azərbaycanda sərmayələri səfərbər etməsi üçün Aİ-nin İqtisadi və İnvestisiya Planı tərəfindən dəstəklənən bərpa, dayanıqlılıq və islahatlarla bağlı gündəliyini dəstəkləyəcək.