RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Kənd təsərrüfatı məhsullarının ixracına və investisiyalara dəstək təşəbbüsü” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası, ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) nümayəndələri ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlarla görüş keçirilib.

 

Görüş Azərbaycanın kiçik və orta sahibkarların xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə ötən il AZPROMO, USAID-in ölkəmizdəki missiyası, USACC arasında kənd təsərrüfatı məhsullarının ixracına və investisiyaya dəstək sahəsində tərəfdaşlığı ehtiva edən Anlaşma Memorandumuna uyğun olaraq “Kənd təsərrüfatı məhsullarının ixracına və investisiyalara dəstək təşəbbüsü” layihəsi çərçivəsində təşkil olunub.

 

Görüşdə quru meyvə, xurma və giləmeyvə istehsalı, emalı və ixracı ilə məşğul olan sahibkarlara xarici bazarlara, xüsusilə Körfəz, Avropa ölkələri, ABŞ-a çıxışının təmin olunması istiqamətində göstəriləcək dəstək tədbirləri barədə məlumat verilib, iş adamlarının təklifləri dinlənilib, sualları cavablandırılıb.