RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

18-20 oktyabr tarixində Özbəkistanın Daşkənd şəhərində 7-ci beynəlxalq “UzTextile Expo Payız’23” sərgisi keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

“Iteca Exhibitions” tərəfindən təşkil olunan və Özbəkistanın tekstil sənayesində son nailiyyətləri, o cümlədən geyim və toxuculuq məhsullarının istehsalında müşahidə olunan yeni tendensiyaları və istifadə olunan qabaqcıl texnologiyaları nümayiş etdirən “UzTextile Expo” sərgisində bu il Belarus, Hindistan, Çin, Rusiya, Tacikistan, Türkiyə və Özbəkistandan 170-dən çox şirkətin iştirak etməsi gözlənilir.

Sərgi çərçivəsində topdan alıcılar üçün xüsusi Alıcı Proqramı həyata keçiriləcək. Proqramın həyata keçirildiyi son 12 il ərzində təşəbbüsdə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Türkiyə və Çindən mindən çox böyük alıcı şəbəkələri iştirak ediblər.

“UzTextile Expo Payız’23” sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: gulkhas.nasirova@azpromo.gov.az

Tel. (+99412) 598-01-47/48 (daxili 3644)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova.