Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində 2023-cü ilin 5-10 noyabr tarixində keçiriləcək 6-cı Beynəlxalq Çin İdxal sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
2007911000 |
cemlər, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası, isti emal edilən məhsullar, o cümlədən şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmaqla: sitrus bitkiləri (şəkər miqdarı 30 kütlə %-dən çox) |
200819 |
qovurulmuş fındıq və badam |
2009 |
qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş meyvə şirələri |
22 |
alkoqollu və alkoqolsuz içkilər |
1806 |
şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları: |
1704 |
şəkərdən hazırlanan qənnadı məmulatları (ağ şokolad daxil olmaqla), tərkibində kakao olmayan: |
190410 |
dənli bitkilərin və ya taxıl məhsulların şişirdilməsi və ya qovurulması yolu ilə hazırlanmış hazır ərzaq məhsulları |
Müsabiqənin təşkilatçısı: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 16 oktyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 6 oktyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az
Əli Babayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)
E-mail: ali.babayev@azpromo.gov.az
Mob: (+994 50) 200 39 40