Bu ilin 7-9 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində “SEAFOOD EXPO EURASIA“ Beynəlxalq Balıqçılıq, Emal və Dəniz Məhsulları Sərgisi keçiriləcək.
Sərgi balıqçılıq sənayesi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən insanlar arasında ünsiyyət yaratmaq məqsədilə təşkil olunacaq yeni bir tədbirdir. Dünya miqyasında balıqçılıq sənayesi ictimaiyyətinə yeni düşüncə gətirmək məqsədi daşıyan sərgi balıqçılıq, akvakultura, balıq emalı, gəmiqayırma, logistika və qablaşdırma sahələrində fəaliyyət gstərən şirkətləri bir araya gətirəcək.
Tədbirdə iştirak etmək istəyən sahibkarlar qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://seafoodexpoeurasia.com/tr/
Əlavə məlumat üçün:
Orxan Mustafayev
AZPROMO – İxracın Təşviqi Departamentinin İxracatçılarla iş şöbəsinin aparıcı mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili - 3665)
E-mail: orkhan.mustafayev@azpromo.gov.az