Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində 2024-cü ilin 10-12 mart tarixlərində keçiriləcək “Prowein 2024” beynəlxalq şərab və spirtli içkilər sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 15 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Sərginin əhatə etdiyi sahə: Alkoqollu içkilər
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
2203 |
səməni pivəsi: |
2204 |
təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa: |
2205 |
vermutlar və bitki və ya aromatik ekstrakların əlavəsi ilə digər təbii üzüm şərabları |
2206 |
digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyənvə ya təsnif olunmamış |
2207 |
denaturasiya olunmamış etil spirti, 80 həcm % və ya çox spirt qatılığı ilə; etil spirti və digər spirtli tinkturalar, denaturasiya olunmuş, hər hansı bir qatılıqda |
2208 |
denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az spirt qatılığı ilə; spirtli tinkturalar, likörlər və digər spirtli içkilər |
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 14 noyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə)
Sənədlər aşağıdakı ünvan üzrə 31 oktyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: +99412 5980147/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az
Kənan Müzəffərli
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 36 30)
E-mail: kanan.muzaffarli@azpromo.gov.az
Mob: (+994 55) 604 25 44