RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO AMDIE ilə görüş keçirib

Görüşdə tərəfdaşlıq və qurumların fəaliyyətinə dair müzakirələr aparılıb.

Mərakeş-Azərbaycan biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Mərakeş İnvestisiya və İxracın İnkişafı Agentliyinin (AMDIE) baş direktoru Əli Seddiki arasında görüş keçirilib.

Görüşdə tərəflər qurumların tətbiq etdiyi təşviq mexanizmlərinə dair fikir mübadiləsi aparıblar. AZPROMO-nun rəhbəri Yusif Abdullayev "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərindən biri olan sahibkarların beynəlxalq sərgilərdə iştirakının təmin olunmasına dəstəyin göstərilməsi haqqında danışıb. Əli Seddiki AMDIE-nin analoji sahə üzrə icra etdiyi dəstək mexanizmlərinin mahiyyətini diqqətə çatdırıb. Qurumlar arasında ortaq maraqlara və məqsədlərə söykənən tərəfdaşlığın inkişaf etdirilməsi üçün bütün ilkin şərtlərin formalaşdığı xüsusilə vurğulanıb.

Görüşün sonunda Yusif Abdullayev həmkarı Əli Seddikini Azərbaycana işgüzar səfər etməyə dəvət edib.

Xatırladaq ki, 14 noyabr tarixində Mərakeş Krallığının Rabat şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyanın 2-ci iclası çərçivəsində AZPROMO və AMDIE-nin birgə təşkilatçılığı ilə keçirilən Mərakeş-Azərbaycan biznes forumunda qurumlar arasında Anlaşma Memorandumu imzalanıb.