RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar "Russia Halal Expo 2024" sərgisinə dəvət olunurlar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində 2024-cü ilin 15-17 may tarixlərində keçiriləcək "Russia Halal Expo 2024” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 17 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): qida, spirtsiz içki və sənaye sahələri, təhsil və turizm xidmətləri

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

0201

iribuynuzlu heyvan əti, təzə və ya soyudulmuş

0202

iribuynuzlu heyvan əti, dondurulmuş

0204

qoyun əti və ya keçi əti, təzə, soyudulmuş və ya dondurulmuş

0207

0105 mal mövqeyində göstərilən ev quşlarının əti və ət əlavələri, təzə,soyudulmuş və ya dondurulmuş

0210

ət və qidaya yararlı ət əlavələri, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş

0409000000

təbii bal

0802220000

qabığı təmizlənmiş meşə fındığı

0813

qurudulmuş meyvələr, 0801-0806 mal mövqeyində təsnif edilən meyvələrdən başqa; bu qrupda təsnif edilən qurudulmuş meyvə və qozların qarışıqları

0902300000

qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda

0906-0910

müxtəlif ədviyyatlar

1509

zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən

1601009100

kolbasalar, quru və ya pastayaoxşar, çiy

160231

hindtoyuğunun ətindən hazırlanan konservləşdirilmiş məhsullar

160232

ev toyuğunun (Gallus domesticus) ətindən hazırlanan konservləşdirilmiş məhsullar

160250

iribuynuzlu heyvan ətindən hazırlanan konservləşdirilmiş məhsullar

17

şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

1806

şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar

19

taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları

20

tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

2103

sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal

2201

sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar

2202

 

sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər, 2009 mal mövqeyində təsnif edilən meyvə və ya tərəvəz şirələri istisna olmaqla

24

tütün və tütün sənaye əvəzediciləri

4819

kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar:

4823

forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

50

ipək

6201

palto, yarımpalto, bürüncəklər (çiyinlik), plaşlar, gödəkçələr (o cümlədən xizək gödəkçələri), küləkçələr, fırtınalıqlar və analoji kişi və ya oğlan geyim məmulatları, 6203 mal mövqeyində təsnif edilən məmulatlardan başqa

6203

Kişi və oğlan kostyumları, komplektləri, pencəkləri, blayzerləri, şalvarları, önlük və çiyin qayışlarla kombinezonlar, brici və şortlar (çimərlik paltarından başqa)

6209

uşaq geyimi və uşaq geyimi ləvazimatları

6210

5602, 5603, 5903, 5906 və ya 5907 mal mövqelərindəki materiallardan hazırlanmış geyim əşyaları

6214100000

ipək saplardan və ipək tullantıları ipliklərindən şallar, şərflər, kaşnelər, mantilyalar, duvaqlar və analoji məmulatlar

7216911000

profillənmiş (qabırğavari çıxıntılar) təbəqələr (vərəqlər) – metal konstruksiyalar

7326909800

qara metallardan digər məmulatlar – zibil qutusu

8701

traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa):

8702

sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri

8703

əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri (8702 mal mövqeyində təsnif edilən motorlu nəqliyyat vasitələrindən başqa), sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla

8704

yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri:

8705

xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, sərnişin və ya yükdaşınması üçün istifadə olunanlardan başqa (məsələn, qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər)

870600

8701-8705 mal mövqelərində təsnif edilən motor nəqliyyat vasitələri üçün mühərrikli şassilər

8707

8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün kuzovlar (kabinə daxil edilməklə)

8708

8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar

8709

özüyeriyən, qaldırıcı və ya yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və ya təyyarə limanlarında yükləri qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri

8716

yedəklər və yarımyedəklər; digər özüyeriməyən nəqliyyat vasitələri; onların hissələri

9401690000

taxta karkaslı digər oturacaq mebel

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 8 aprel 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 29 mart 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Sərgi ilə bağlı ümumi məlumat üçün:

Rüstəm Oruclu

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 36 42)

E-poçt: rustam.orujlu@azpromo.gov.az

Tələb olunan sənədlərlə bağlı məlumat üçün:

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 36 64)

E-poçt: ali.babayev@azpromo.gov.az