RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar "Macfrut 2024" sərgisinə dəvət olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İtaliya Respublikasının Rimini şəhərində 2024-cü ilin 8-10 may tarixlərində keçiriləcək “Macfrut 2024” beynəlxalq meyvə və tərəvəz sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 7 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi

0409

Təbii bal

07

tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları

08

yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları

09

qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar

1211500000

əsasən ətriyyat, əczaçılıq və ya insektisid, funqisid və ya analoji məqsədlər üçün istifadə edilən bitkilər və onların hissələri (toxumlar və bar daxil olmaqla), təzə və ya qurudulmuş, bütöv və ya xırdalanmış, doğranmış və ya döyülmüş: - efedra, və ya acılıqotu

1211908600

əsasən ətriyyat, əczaçılıq və ya insektisid, funqisid və ya analoji məqsədlər üçün istifadə edilən bitkilər və onların hissələri (toxumlar və bar daxil olmaqla), təzə və ya qurudulmuş, bütöv və ya xırdalanmış, doğranmış və ya döyülmüş - digərləri

1302120000

biyanın və ya biyan kökünün şirələri və ekstraktları

1509

zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən

1510

saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla

2004903000

sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş zeytun

2009898901

nar şirəsi

3301

efir yağları (tərkibində terpenlər olan və ya olmayan), absolyut və konkretlər daxil olmaqla; rezinoidlər; ekstraksiya edilmiş efir yağları; piylərdə, uçucu olmayan yağlarda, mumlarda və ya analoji məhsullarda anfreraj və ya maserasiya üsulu ilə alınan efir yağlarının konsetratları; efir yağlarını terpensizləşdirilməsizamanı alınan əlavə terpen məhsulları; efir yağlarının sulu distillyatları və sulu məhlulları

4819

kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar

4823

forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 8 aprel 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 5 aprel 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Sərgi ilə bağlı ümumi məlumat üçün:

Rəna Hüseynova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 3616)

E-mail: rana.huseynova@azpromo.gov.az

Tələb olunan sənədlərlə bağlı məlumat üçün:

Kənan Müzəffərli

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 3630)

E-mail: kanan.muzaffarli@azpromo.gov.az

Mob: (+994) 55 604 25 44