RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar "Korea Import Fair 2024” sərgisinə dəvət olunur

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Koreya Respublikasının Seul şəhərində 2024-cü ilin 4-6 iyul tarixlərində keçiriləcək "Korea Import Fair 2024” beynəlxalq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 15 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida, içki və sənaye sahələri

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

0409000000

təbii bal

071120

zeytun

08

yalnız qurudulmuş meyvələr

0902300000

qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda

0906-0910

müxtəlif ədviyyatlar

15

heyvan və ya bitki mənşəli piylər və  yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri heyvan ve bitki mənşəli mumlar

160100

ətdən, ət əlavələrindən və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları

1602

ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar

1604

hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri

17

şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

1806

şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar

19

taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar un qənnadı məhsulları

20

tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

2103

sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal

210500

dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan

22

alkoqollu və alkoqolsuz içkilər və sirkə

33

efir yağları və rezinoidlər; ətriyyat, kosmetik və tualet vasitələri

4202

üz səthi plasmassa materiallardan və ya toxuculuq materiallardan olan çantalar

4819

kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar

4823

forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

50-63

tekstil materiallar və tekstil məhsullar

71

təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr

72

qara metallar

73

alüminium və ondan hazırlanan məmulatlar

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 15 may 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 8 may 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Sərgi ilə bağlı ümumi məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri

Tel: (+994 12) 598 01 47/48 (daxili 36 24)

E-mail: samira.mammadova@azpromo.gov.az

Tələb olunan sənədlərlə bağlı məlumat üçün:

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 36 64)

E-mail: ali.babayev@azpromo.gov.az