RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Türkiyə-Azərbaycan biznes forumuna dəvət olunur

Bu ilin 8 may tarixində Ankarada Azərbaycan İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) və Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək.

 

Tədbirdə hər iki ölkənin dövlət sektorunun təmsilçiləri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

 

Biznes forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər:  

 

E-mail: sanan.saftarov@azpromo.gov.az

Tel.: (+994 12) 598-01-47/48 (daxili - 3629)

Mob.: (+994 50) 739-95-38;

Əlaqələndirici şəxs: Sənan Səftərov.