RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Milli Xalça Festivalında AZPROMO loqolu xalça toxunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə İçərişəhərdə baş tutan ilk Milli Xalça Festivalı çərçivəsində “Azərxalça” ASC-nin əməkdaşının dəstəyi ilə sərgi qonaqlarının, turistlərin və AZPROMO əməkdaşlarının ilmələri ilə xalça toxunub. Eni 1 metr uzunluğu isə 70 santimetr olan xalçanın toxunması zamanı yun və ipək parçalardan istifadə edilib.

Xalçanın kəsimi mərasimində “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər. Kəsimdən sonra qonaqlar xalçaçılıq ənənəsinə uyğun olaraq xalçanın üstünə müxtəlif şirniyyatlar səpiblər. Bu da öz növbəsində xalçanın ömrünün uzun və ruzi-bərəkətli olmasının rəmzi mənasını daşıyır.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi etdiyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş Xalçaçı Günü peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.