RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət olunur

Bu ilin 5-8 iyun tarixlərində  "Roskonqress" fondunun təşkilatçılığı ilə XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2024) keçiriləcək.

Konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı yolunda maneələrin aradan qaldırılması məqsədilə təşkil olunan ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu effektiv müzakirələr və əməkdaşlıq platforması kimi iştirakçılara xidmət edir. Forum çərçivəsində müxtəlif işgüzar tədbirlər, o cümlədən 5 iyun tarixində "KOB-ların Beynəlxalq Əməkdaşlıq Günü" forumu keçiriləcək.

Qeyd edək ki, PMEF-2023-ə 130 ölkədən 17 min iştirakçı qatılıb, forum çərçivəsində 200 tədbir keçirilib, bağlanan sazişlərin ümumi dəyəri isə 42 mlrd. ABŞ dollarını üstələyib.

PMEF-2024-də iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər: 

E-mail: gulkhas.nasirova@azpromo.gov.az

Tel.: (+99412) 598-01-47/48 (daxili 3644)

Əlaqələndirici şəxs: Gülxas Nəsirova.