RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

"GP Cotton Holdings" ilə görüş keçirilib

Görüşdə şirkətin ixracının artırılması və şaxələndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə “GP Cotton Holdings” MMC və şirkətin strukturuna daxil olan "Prime Cotton" və “Giltex” müəssisələrinin rəhbər heyəti arasında görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın təşviqi mexanizmləri, o cümlədən təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verib. “GP Cotton Holdings” təmsilçiləri şirkətin istehsal etdiyi pambıq və tekstil məhsulları barədə, həmçinin əsas ixrac bazarları və bu istiqamətdə qoyulan məqsədlər haqqında danışıblar. Bildirilib ki, şirkət Avropa bazarına, xüsusilə Almaniya bazarına daxil olmaq məqsədilə Almaniya hökumətinin tekstil məhsulları üçün dayanıqlılıq nişanı olan “Green button” sertifikatını almaq niyyətindədir.

Görüş zamanı şirkətin ixracının artırılması və coğrafiyasının genişləndirilməsi, bu sahədə preferensial ticarət sazişlərinin imzalanması perspektivləri və tekstil sektoruna xarici investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub. Bu xüsusda AZPROMO-nun şirkətə dəstək göstərməyə hazır olduğu vurğulanıb və sözügedən istiqamətdə məlumat mübadiləsinin aparılması və praktiki addımların atılmasına dair razılıq əldə olunub.