RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO “InterFood Azerbaijan” sərgisində iştirak edib

“Made in Azerbaijan” stendində ziyarətçilərə yerli məhsullar və Azərbaycanın ticarət və investisiya imkanları haqqında məlumatlar təqdim olunub.

Bakı Ekspo Mərkəzində 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) sərgiləri keçirilib. Hər iki sərginin rəsmi tərəfdaşı qismində çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO “InterFood Azerbaijan” sərgisində “Made in Azerbaijan” stendi ilə təmsil olunub.

Stenddə AZPROMO-nun dəstəyi ilə sərgidə iştirak edən 8 yerli şirkətin təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, spirtli içkilər, şərab və süd məhsulları nümayiş edilib. Bununla yanaşı, stenddə ölkəmizin ixrac məhsullarına həsr olunan videoçarxlar nümayiş etdirilir, ziyarətçilərə Azərbaycanın investisiya iqlimi, biznes imkanları və ixrac potensialı haqqında çap materialları təqdim olunub.

Qeyd edək ki, “InterFood Azerbaijan” sərgisi hər il dünyanın 20-dən çox ölkəsindən minlərlə iştirakçını qəbul edir və Xəzəryanı regionda qida sənayesi peşəkarlarının əsas görüş yerlərindən biri sayılır. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır.