RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Almaniya şirkətlərinin iqtisadi əməkdaşlığına dair yol xəritəsi imzalanıb

Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsinə, birgə layihə və təşəbbüslərin təşviqinə töhfə verəcək.

 

Alman İqtisadiyyatının Şərq Komitəsi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən “Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb.

 

Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq.