RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar Bolqarıstan–Azərbaycan biznes forumuna dəvət olunurlar

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə cari ilin 30 oktyabr tarixində Sofiya şəhərində Bolqarıstan–Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.

Forumda rəsmi şəxslərin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı, həmçinin ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Tədbir çərçivəsində B2G və B2B formatlarında görüşlər təşkil ediləcək.

Bolqarıstan ilə əməkdaşlıqda maraqlı olan sahibkarlar sözügedən biznes forumda iştirak etməyə dəvət olunurlar.

Əlaqələndirici şəxs:

AZPROMO-nun Beynəlxalq əlaqələr və tədbirlərin təşkili departamentinin əməkdaşı Orxan Məmmədov.

Tel: (+994 50) 226 55 22;

E-mail: orkhan.mammadov@azpromo.gov.az