RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Avrasiya Françayzinq Forumunda iştirak edib

Tədbirdə françayzinq modelinin inkişafı, rəqəmsallaşma və texnologiyaların biznes modellərinə təsiri, yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub, B2B formatında görüşlər keçirilib.

Azərbaycan Françayzinq Assosiasiyasının təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türk Əməkdaşlıq və Koordinasiyası Agentliyi (TİKA) və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Bakıda Avrasiya Françayzinq Forumu keçirilib. Tədbir regionun müxtəlif ölkələrindən 100-dən çox dövlət rəsmisini və sahibkarı bir araya gətirib. Forumda françayzinq modelinin inkişafı, beynəlxalq tərəfdaşlıq imkanları və innovativ biznes yanaşmaları müzakirə olunub.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin ölkəmizin yerli məhsullarının ixracının təşviqi və xarici bazarlarda tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, yerli brendlərin françayzinq layihələrinin reallaşdırılmasına başlanılıb və AZPROMO bu müstəvidə Azərbaycan Françayzinq Assosiasiyası ilə birgə fəaliyyət göstərir.

Tədbir çərçivəsində həmçinin françayzinq sektorunda yeni trendlər, rəqəmsallaşma və texnologiyaların biznes modellərinə təsiri, xidmət və pərakəndə ticarət sahələrində inkişaf imkanları ilə bağlı panel müzakirələri təşkil olunub, təqdimatlar keçirilib.

Forumda yerli və xarici sahibkarların iştirakı ilə sual-cavab sessiyası və B2B formatında görüşlər keçirilib.