RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Yerli kənd təsərrüfatı və qida məhsullarının BƏƏ-yə ixrac imkanları genişləndirilir

Azərbaycan məhsullarının xarici bazarlara çıxışının asanlaşdırılması və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində növbəti uğurlu addım atılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında keçirilən onlayn görüşdə yerli məhsulların körfəz bazarına ixracı istiqamətində mühüm razılaşmalar əldə olunub.

Strateji Əməkdaşlıq və Anlaşma Memorandumu: Görüşün əsas mövzularından biri “Heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu layihəsinin müzakirəsi olub. Bu sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və ixrac prosedurlarının sadələşdirilməsi üçün hüquqi baza rolunu oynayacaq.

Aparılan intensiv müzakirələr nəticəsində Azərbaycandan BƏƏ-yə aşağıdakı məhsulların ixracı üzrə sertifikatlar razılaşdırılıb və bu sahədə ixracın həyata keçirilməsi artıq mümkündür:

•      Ət və ət məhsulları: mal, qoyun, keçi, quş və dovşan əti (həm xam, həm də termik emal olunmuş).

•      Balıq və dəniz məhsulları: vəhşi və ya yetişdirilən balıqlar, molyusklar və s.

•      Süd və süd məhsulları.

•      Bal və arıçılıq məhsulları.

•      Yumurta: süfrə yumurtaları və yumurta məhsulları.

Sözügedən məhsulların BƏƏ-yə ixrac prosedurları, tələb olunan baytarlıq və fitosanitar sertifikatlarının alınması, habelə qida təhlükəsizliyi standartları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün sahibkarlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlaya bilərlər (AQTA link: https://afsa.gov.az/az ).