28-30 aprel 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində mebel sənayesinə həsr olunmuş “22-ci WoodTech & MebelExpo Uzbekistan” sərgisi keçiriləcək.
Sərgidə mebel sənayesinə aid müxtəlif məhsullar, o cümlədən kimya, xammal və materiallar, ağac emalı və mebel istehsalı üçün avadanlıq, alətlər, ev və ofis üçün hazır mebel, interyer dizayn və s. təqdim olunacaq.
Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:
Tel: (+998 71) 205 14 14;
E-poçt: yana.ivanova@kongress-servis.uz
Web: https://mebelexpo.uz; www.iteca.uz
Əlaqələndirici şəxs: Yana İvanova.