RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti ilə görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin (CICETE) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələri barədə məlumat verilib. Bildirilib ki, sərgi və tədbirlərin təşkilini həyata keçirən CICETE Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisinin (CIFTIS) təşkilatçısı qismində də çıxış edir. Bu çərçivədə Azərbaycan şirkətlərinin bu ilin 9-13 sentyabr tarixlərində Pekin şəhərində keçiriləcək sərgidə iştirak imkanları ətrafında müzakirə aparılıb.

Görüş zamanı müvafiq sahələr üzrə yerli kadrların təkmilləşdirilməsi məqsədilə CICETE tərəfindən təşkil olunan təlim proqramlarına, o cümlədən Çin bazarı və marketinq strategiyalarına dair sessiyalara cəlb edilməsi perspektivləri nəzərdən keçirilib.