RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Made in Azerbaijan” tədris planının icrası davam etdirilir

ADA Universitetinin tələbələrinə ikili diplom proqramı çərçivəsində növbəti seminar keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ADA Universitetinin Biznes Məktəbi ilə İtaliyanın Luiss Universiteti arasında “Qlobal İdarəetmə və Siyasət” (GMAP) ixtisası üzrə ikili diplom magistr proqramının “Made in Azerbaijan” tədris planı çərçivəsində “Əqli mülkiyyətin idarə edilməsi. “Made in”in idarə edilməsi” (“IP management. “Made in” management”) modulu üzrə növbəti seminar təşkil olunub.

Seminar zamanı iştirakçılara əqli mülkiyyət hüquqlarının qorunmasının əhəmiyyəti, yerli məhsul və xidmətlərin beynəlxalq səviyyədə tanıdılması baxımından əmtəə nişanlarının dövlət qeydiyyatı və qeydiyyatın aparılması qaydaları haqqında məlumat verilib. Bununla yanaşı, tələbələr “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə tətbiq olunan mexanizmlər haqqında məlumatlandırılıblar.

Qeyd edək ki, “Əqli mülkiyyətin idarə edilməsi. “Made in”in idarə edilməsi” modulu ikinci ildir icra edilir.