Çexiyalı iş adamları Qəbələdə şərab zavodunun fəaliyyəti, istehsal prosesi və Azərbaycanın şərabçılıq ənənələri ilə tanış olub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ticarət, enerji, sənaye, tikinti, maliyyə, nəqliyyat-logistika, İKT və xidmət sahələrində fəaliyyət göstərən 50-dək Çexiya sahibkarının Qəbələdə yerləşən şərab istehsalı zavoduna səfəri təşkil olunub.
Səfər zamanı çexiyalı iş adamlarına müəssisənin fəaliyyəti, istehsal prosesi, tətbiq olunan müasir texnologiyalar, məhsul çeşidləri və ixrac imkanları barədə məlumat verilib. Qonaqlar üçün zavodun ərazisində yerləşən şərab muzeyində Azərbaycanın şərabçılıq tarixi və bu sahədə formalaşmış ənənələrə dair informasiya turu təşkil olunub.