RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO “InterFood Azerbaijan” sərgisində iştirak edib

“InterFood Azerbaijan” sərgisində ziyarətçilərə yerli məhsullar və Azərbaycanın ticarət və investisiya imkanları haqqında məlumatlar təqdim olunub.

Bakı Ekspo Mərkəzində 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) və 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) sərgiləri keçirilib. Hər iki sərginin rəsmi tərəfdaşı qismində çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO “InterFood Azerbaijan” sərgisində stendlə təmsil olunub.

Agentliyin stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, alkoqolsuz içkilər, şərab və süd məhsulları istehsal edən 10 yerli şirkət təmsil olunub. Burada Azərbaycanın ixrac məhsullarını əks etdirən videoçarxlar nümayiş etdirilib, ziyarətçilərə ölkənin investisiya mühiti, biznes imkanları və ixrac potensialı barədə çap materialları təqdim edilib.

Qeyd edək ki, “InterFood Azerbaijan” sərgisi hər il dünyanın 20-dən çox ölkəsindən minlərlə iştirakçını bir araya gətirir və Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı görüş platformalarından hesab olunur. Sərginin keçirilməsində əsas məqsəd keyfiyyətli məhsulların tanıdılması və iştirakçılarla ziyarətçilər arasında birbaşa əlaqələrin qurulmasıdır.