RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO “InterFood Azerbaijan” sərgisində İtaliya stendinin açılışında iştirak edib

Bakıda keçirilən “InterFood Azerbaijan” sərgisi çərçivəsində İtaliya stendinin açılışında Azərbaycan-İtaliya biznes dairələri arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş təşəbbüslər diqqətə çatdırılıb.

Bakıda keçirilən 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgisi çərçivəsində İtaliya stendinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iştirak edib.

Yusif Abdullayev Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini, iki ölkənin biznes dairələri arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, bu istiqamətdə Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi önəm daşıyır. Diqqətə çatdırılıb ki, AZPROMO tərəfindən “InterFood Azerbaijan” sərgisi çərçivəsində yerli sahibkarların İtaliya şirkətləri ilə B2B görüşlərinin təşkili üçün dəstək göstərilməsi nəzərdə tutulur.

Açılış mərasimində həmçinin İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko, İtaliya Ticarət Agentliyinin Azərbaycandakı direktoru Çeçiliya Oliva və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov iştirak ediblər.

Qeyd edək ki, İtaliya stendində bu ölkənin 20 şirkəti məhsul və xidmətlərini nümayiş etdirir.