RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Belarus Universal Əmtəə Birjasının seminarı keçirilib

AZPROMO-da təşkil edilən Belarus Universal Əmtəə Birjasının seminarında Azərbaycan şirkətlərinə Belarusun birja mexanizmi, elektron ticarət platformaları və ixrac-idxal əməliyyatları barədə məlumat verilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Universal Əmtəə Birjasının birgə təşkilatçılığı ilə “Bizneslə açıq dialoq” mövzusunda yerli sahibkarlar üçün seminar keçirilib.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin Azərbaycan şirkətlərinin ixrac imkanlarının artırılması və yeni bazarlara çıxışının dəstəklənməsi istiqamətində fəaliyyətindən danışıb.

Qeyd olunub ki, Azərbaycan və Belarus arasında iqtisadi münasibətlərin inkişafı fonunda cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi illik müqayisədə 11% artıb.

Belarusun Azərbaycanda səfiri Dmitri Pineviç hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün yaradılan əlverişli şəraiti yüksək qiymətləndirib.

Seminarda Belarus Universal Əmtəə Birjasının Xarici iqtisadi fəaliyyət idarəsinin rəhbəri Yaroslav Kovalçuk birjanın elektron ticarət platformaları, akkreditasiya qaydaları, ticarət prosedurları və mövcud məhsul təkliflərinə dair təqdimatla çıxış edib.

Tədbir açıq dialoq formatında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Azərbaycan şirkətlərinin Belarus Universal Əmtəə Birjası ilə əməkdaşlıq imkanları, o cümlədən ticarət əməliyyatlarının təşkili və potensial tərəfdaşlarla əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.