RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO 5-ci Aqrobiznesin İnkişafı Forumunda iştirak edib

Forumda aqro-ərzaq sektorunda ixrac imkanlarının genişləndirilməsi, vahid dəyər zəncirinin formalaşdırılması və investisiya layihələri istiqamətində görülən işlər barədə məlumat verilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Bakıda keçirilən 5-ci Aqrobiznesin İnkişafı Forumunda iştirak edib.

Tədbir çərçivəsində təşkil olunan “Aqro-ərzaq sektorunda investisiya və ixrac rəqabətqabiliyyətliliyi” mövzusunda keçirilən dəyirmi masada çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin aqrobiznes üzrə prioritetləri, xarici investisiyaların cəlbi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, aqro-ərzaq sektorunda dayanıqlı inkişafın təmin olunması üçün istehsaldan ixraca qədər bütün mərhələləri əhatə edən vahid dəyər zəncirinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq tərəfdaşlıqların və investisiya layihələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin uğurlu təcrübələri, eləcə də investorlar üçün təqdim olunan dəstək mexanizmləri diqqətə çatdırılıb.

Qeyd edək ki, “Caspian Agro Week” çərçivəsində milli aqro-ərzaq gündəliyinə həsr olunmuş forum aqro-ərzaq dəyər zəncirlərinin inkişafı, ixrac sahəsində rəqabət qabiliyyətinin artırılması, rəqəmsal transformasiya və süni intellektin tətbiqi, eləcə də iqlim dəyişiklikləri fonunda dayanıqlılığın gücləndirilməsi kimi mövzular üzrə müzakirələr üçün önəmli platforma rolunu oynayır.