RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar İslam İnkişaf Bankının Özəl Sektor Forumuna dəvət olunur

Cari ilin 16-19 iyun tarixlərində Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumu (“PSF 2026”) baş tutacaq.

 

Tədbir İİB Qrupuna daxil olan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

 

Forum çərçivəsində İİB Qrupunun üzv ölkələr üzrə fəaliyyəti, xidmətləri və təşəbbüsləri, həmçinin Azərbaycanda özəl sektor investisiyalarının və ticarətin təşviqi alətləri təqdim olunacaq. Tədbirdə startaplar arasında müsabiqə keçiriləcək, fərqlənən şirkətlərə mükafatlar təqdim olunacaq. Forumda həmçinin B2B və B2G görüşlər təşkil ediləcək.

 

“PSF 2026”da İİB Qrupunun üzv ölkələr üzrə rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq şirkətlərin rəhbərləri, investorlar, ticarət və sənaye palataları, ixracın və investisiyaların təşviqi agentlikləri, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

Azərbaycan sahibkarları Özəl Sektor Forumunda iştirak etməyə dəvət olunurlar.

 

Qeydiyyat üçün aşağıdakı linkdən istifadə etmək mümkündür:

https://registration.isdbgroup.org/register

 

Qeydiyyat zamanı 948-BAK-890 nömrəli koddan istifadə olunması xahiş olunur.

 

Tədbirin proqramı ilə bağlı məlumatlar forumun rəsmi veb-saytında (https://isdbg-psf.org/) mütəmadi olaraq yenilənir.

 

Əlavə məlumat üçün:

 

Sənan Səftərov

 

Tel: (+994 50) 739 95 38;

 

E-mail: sanan.saftarov@azpromo.gov.az

 

Kamran Məmmədov

 

Tel: (+994 12) 598 01 47 (daxili - 3624);

 

E-mail: kamran.mammadov@azpromo.gov.az