RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

ABŞ Konqresinin nümayəndə heyəti ilə görüş keçirilib

AZPROMO-da ABŞ Konqresinin nümayəndə heyəti ilə təşkil edilən görüşdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib, potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqi mexanizmləri, Agentliyin fəaliyyət istiqamətləri və cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Müzakirələrdə Azərbaycanın tranzit potensialı, ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi, texnologiya və nou-hau transferi, eləcə də maliyyə dəstəyi alətlərindən istifadə, işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.