RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Georgia Business Forum held in Baku

Noyabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan-Gürcüstan biznes forumu keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən forumda çıxış edən AZPROMO rəhbəri Rüfət Məmmədov Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticarət əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdırdı. Qeyd edildi ki, hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, turizm, sənaye, konsaltinq, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının iştirakı ilə keçirilən bugünkü biznes forum da iş adamları arasında əlaqələrin inkişafına töhfə verəcəkdir. Rüfət Məmmədov bildirdi ki, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib və artıq Azərbaycan şirkətləri bir sıra xarici ölkələrə sərmayələr yatırırlar. Bu sahədə Gürcüstan da xüsusi yer tutur. Gürcüstanda Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərir, Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar.
Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri David Baladze Acarıstanda xarici investorlar üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirdi və Acarıstana investisiya qoyuluşu imkanları barədə məlumat verdi.  David Baladze azərbaycanlı iş adamlarını Acarıstan Muxtar Respublikaslnda investisiya layihələrində fəal iştiraka dəvət etdi.
Tədbirdə AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Acarıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinin İqtisadi inkişaf departamentinin baş mütəxəssisi Uça Surmanidze “Acarıstan investisiyalar üçün əlverişli məkandır”, Batumi Turizm Agentliyinin Turizm və Kurort Departamentinin direktoru Sofia Lazişvili “Acarıstan turistlər üçün əlverişli məkandır” mövzusunda təqdimatlarla çıxış etdilər.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirildi.