RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Состоялся азербайджано-австрийский бизнес-форум

Mayın 17-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Avstriya Federal İqtisadiyyat Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan və Avstriya tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, İKT, konsaltinq, tikinti, maşınqayırma, metallurgiya, yanğınsöndürmə avadanlıqları, logistika, mebel istehsalı, tullantıların təkrar emalı, mühafizə sistemləri, nəqliyyat, tikinti, təhsil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib.
Avstriya Federal İqtisadiyyat Palatasının idarə rəisi Konstantin Bekos Azərbaycan-Avstriya işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini diqqətə çatdırıb, təmsil etdiyi qurumun AZPROMO ilə fəal əməkdaşlıq etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.
Sonra Azərbaycanın biznes və investisiya mühiti barədə və Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.