ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Made in Uzbekistan Textile” biznes forumu keçirilib

Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi, Özbəkistanın "Uztekstiprom" toxuculuq və tikiş-trikotaj sənayesi Assosiasiyası, Özbəkistanın Azərbaycandakı Səfirliyi və “Caspian Event Organizer” şirkətinin təşkilatçılığı və iştirakı ilə onlayn biznes forum keçirilib.

Tədbirdə iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Özbəkistanın Azərbaycandakı səfiri, həmçinin tekstil sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament rəhbəri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac və investisiya imkanlarının genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, Özbəkistan iş adamlarını azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirməyə dəvət edib.

Forum çərçivəsində hər iki ölkənin iş adamları arasında əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.