RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Азербайджанская продукция вызывает большой интерес на выставке «Gulfood 2018»

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisi davam edir.
Hər il 95 min insanın ziyarət etdiyi sərgidə Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan istehsalı olan mineral suların, şirniyyat, süd və konserv məhsullarının, nar şərabın, qurudulmuş xurma, fındıq və şokolad məhsullarının BƏƏ-yə, Küveytə, İtaliyaya, Pakistana, Türkmənistana, Almaniya, Səudiyyə Ərəbistanına, Avstraliyaya ixracına dair, habelə xarici iri market şəbəkələrinə, otellərə satışına dair danışıqlar aparılır. Bundan başqa, sərgidə iştirak edən xarici şirkətlər Azərbaycan şirkətlərinin Dubayda, İranda, Küveyt və Bəhreyndə distributor mərkəzlərinin yaradılmasına maraq göstərirlər.