RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın investisiya imkanları Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısında təqdim edilmişdir

Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısı çərçivəsində bu gün Azərbaycana dair ölkə təqdimatı keçirilmişdir. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimatla çıxış etmişdir.
Qeyd edək ki, aprelin 30-dan etibarən Dubayda keçirilən 3-cü İllik İnvestisiya Toplantısında xarici ölkələrdən beş minə yaxın dövlət rəsmisi və iş adamları iştirak edir. Tədbir çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulmuşdur. Stenddə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə, həyata keçirilən iri layihələrə dair məlumatlar yerləşdirilmişdir. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır.