RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Saudi Arabia-Azerbaijan Business Forum

Dekabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı - Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə və konsaltinq, turizm, logistika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.
Biznes forum çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qida məhsullarının Səudiyyə Ərəbistanında sərgisi də təşkil edilmişdir. Sərgidə Azərbaycan şirkətlərinin 40-dan çox adda kənd təsərrüfatı və qida məhsulları nümayiş olunmuş, qonaqlara Azərbaycanın biznes və investisiya mühitinə dair bukletlər və digər çap materialları paylanmışdır.
Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı tərəfindən hər iki ölkənin iqtisadiyyatına, investisiya mühiti və biznes imkanlarına dair təqdimatlar keçirilmişdir.
Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatmışdır.