RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azerbaijan-Macedonia Business Meeting held in Baku

Sentyabrın 9-da İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya İşgüzar Görüşü keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak etmişdir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Makedoniya arasında əlaqələrin iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamışdır. Bildirilmişdir ki, biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətlidir və bu günkü işgüzar görüş də ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına, iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət töhfəsini verəcəkdir. Şahin Mustafayev Azərbaycan və Makedoniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya qoyuluşu, ticarət və s. sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır.
Azərbaycana səfərindən, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edən Makedoniyanın Baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreski dostluq zəminində qurulan Azərbaycan-Makedoniya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulamış, azərbaycanlı iş adamlarını Makedoniyada investisiya layihələrində fəal iştiraka dəvət etmişdir. Zoran Stavreski Makedoniya iqtisadiyyatına və biznes imkanlarına dair də məlumat vermişdir.
Makedoniyanın Xarici İnvestisiyalar və İxracın Təşviqi Agentliyinin icraçı direktorunun müavini Kliment Sekerovski Makedoniyanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.
İşgüzar görüşdə Azərbaycan-Makedoniya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılmış, Azərbaycan iş adamlarının Makedoniya iqtisadiyyatına dair sualları cavablandırılmışdır.