Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2021-ci ilin 21-24 sentyabr tarixlərində keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq və içki sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
02 |
Ət və qida üçün yararlı ət əlavələri |
03 |
Balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları |
04 |
Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları |
07 |
Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları |
08 |
Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları |
09 |
Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar |
10 |
Dənli bitkilər |
12 |
Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem |
15 |
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar |
16 |
Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar |
17 |
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
18 |
Kakao və ondan hazırlanan məhsullar |
19 |
Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları |
20 |
Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
21 |
Müxtəlif ərzaq məhsulları |
22 |
Alkoqollu və alkoqolsuz içkilər və sirkə |
3301 |
Efir yağları (tərkibində terpenlər olan və ya olmayan), absolyut və konkretlər daxil olmaqla; rezinoidlər; ekstraksiya edilmiş efir yağları |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 31 avqust 2021-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
• ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
• nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
• sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
• meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə;
• dəstək tədbirində iştirakla bağlı Şərtlər;
• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
• son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
• bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
• ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla);
Sənədlər aşağıdakı ünvana 20 avqust 2021-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün: Aybəniz Məmişova AZPROMO - Marketinq üzrə menecer Tel: +99412 5980147/48 (daxili 3620) E-mail: aybeniz.memishova@azpromo.az E-mail: destek@azpromo.az