RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları 4-cü Çin Beynəlxalq İdxal Sərgisində böyük maraqla qarşılanıb

Çinin Şanxay şəhərində 4-cü Beynəlxalq İdxal Sərgisi keçirilib.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar vahid ölkə stendi ilə Azərbaycan pavilyonunda nümayiş olunub.

Pavilyonda təqdim olunan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, un və qənnadı məmulatları, limonad, gül yağları və digər məhsullarımız sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıb.

Sərgi çərçivəsində “Kəmər və yol” ölkələri və yerli hökumətlər arasında ikitərəfli əməkdaşlıq mövzusunda keçirilmiş konfransda Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.