RU
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2026-cı ilin 15-18 sentyabr tarixlərində keçiriləcək “Worldfood Moscow 2026” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 21 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi.

Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİFMN məhsul kodlarına daxil olan qida məhsulları üzrə həyata keçiriləcək.

 

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

0210

Ət və qidaya yararlı ət əlavələri, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş; ətdən və ya ət əlavələrindən qida üçün yararlı olan qaba və narın üyüdülmüş un

04

Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olmayan heyvan mənşəli ərzaq məhsulları

07

Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları

08

Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları

09

Qəhvə, çay, mate və ya Paraqvay çayı və ədviyyatlar

10

Dənli bitkilər

12

Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem

 

15

Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar

16

Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar

17

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

18

Kakao və ondan hazırlanan məhsullar

19

Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları

20

Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

21

Müxtəlif ərzaq məhsulları

22

Alkoqollu və alkoqolsuz içkilər və sirkə

24

Tütün və tütün sənaye əvəzediciləri

3919

Plastik kütlədən plitələr, təbəqələr, plyonkalar, folqalar, lentlər, zolaqlar və digər yastı formalar, özüyapışan, rulonlarda olan və ya olmayan

4823

Forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar

 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 17 iyul 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • Dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 3 iyul 2026-cı il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 598-01-47/48 (daxili - 3665);

Mob: (+994 55) 438-58-32.

E-mail: orkhan.mustafayev@azpromo.gov.az;

Orxan Mustafayev – AZPROMO-nun İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi.